Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Sevdiğim sensin” serialında "Fərman" obrazını canlandıran aktyor Emrah Aytemur yol polisi tərəfindən saxlanılıb.
Axşam.az xəbər verir ki, yoxlama zamanı aktyorun 2,69 promil spirtli içki qəbul etdiyi müəyyən edilib. Onun sürücülük vəsiqəsi əlindən alınıb və barəsində istintaq başladılıb.
Məhkəmənin qərarı ilə E.Aytemura verilən 6 aylıq həbs cəzası 18 min lirə məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.