Sevdiklərinizi bayram günündə kor etməyin

29.12.2025

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Bayram günlərində istifadə olunan pirotexniki vasitələr ciddi təhlükə yarada bilər.

Milli.Az xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edirlər.

Belə ki, fişənglərin içərisində dəmir parçaları olur. Həmin  dəmirlərin təzyiqi nəticəsində partlama baş verir və içərisindəkilər ətrafa yayılır.

Xüsusilə fişənglərin üzə tərəf yönəldilərək partladılması çox təhlükəlidir. Həmin dəmir parçaların gözə, üzdəki digər nahiyələrə və bədənə dəyməsi nəticəsində ciddi xəsarətlər yarana bilər. Mütəxəssislərin sözlərinə görə, belə hallarda görmə qabiliyyətinin itirilməsi, gözün zədələnməsi və digər ağır nəticələr mümkündür.

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью