Sevdiyi kişini necə qısqandısa bıçaqladı

20.10.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Türkiyənin Karabük şəhərində qadın mübahisə etdiyi sevgilisini bıçaqlayaraq ağır yaralayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Fevzi Çakmak məhəlləsində yerləşən fərdi yaşayış evində baş verib.

İddiaya görə, 31 yaşlı Gözde T. ilə 38 yaşlı sevgilisi Fuat G. arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisənin böyüməsindən sonra qadın mətbəxdən götürdüyü iki çörək bıçağı ilə sevgilisinə müxtəlif nahiyələrdən xəsarətlər yetirib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar. Ağır yaralanan kişi Karabük xəstəxanaya çatdırılıb. Onun həyatının təhlükədə olduğu bildirilib. Şübhəli qadın polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью