Sevdiyi xanıma görə Türkiyədən qaçdı

05.08.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Türkiyə təmsilçisi ''Kocaelispor'' ilə bağlı maraqlı bir xəbər var.

Belə ki, bu klubun üzvü Həbib Əli Keyta hələ iyulun sonlarından icazəsiz ''Kocaelispor''un düşərgəsini və ümumiyyətlə, Türkiyəni tərk edərək Avropaya yollanıb. Klub futbolçuya geri dönməsi ilə bağlı ultimatum versə də, malili yarımmüdafiəçi buna əhəmiyyət vermir. Keyta ötən mövsümü Kocaeli klubunda icarə əsasında keçirmişdi. Mayda ''yaşıl-qaralar'' 700 min avro ödəyərək onu daimi əsasda transfer etmişdilər.
Bu arada iddialara görə gənc futbolçu aşiq olduğu xanımın yanında daha çox vaxt keçirmək üçün Türkiyədən ayrılıb. Amma onun konkret hansı ölkədə olması barədə məlumat verilmir. Eşq iddialarını ''Kocaelispor'' başqanı Rəcəp Durul da təsdiqləyib:

''Futbolçumuzun icazəsiz düşərgəni tərk etməsi təbii ki, xoş bir şey deyil. Bir anlığa sanki ağlını itirib. Bizə deyilənlərə görə aşiq olduğu qızın yanına gedib. Həm də karyerasını Türkiyədə yox, Avropada davam etdirmək istəyir. Menecerləri gah telefona cavab verirlər, gah da vermirlər. Keytaya qayıtması üçün vaxt vermişik. Bu müddət tamam olduqdan sonra hüquqi müstəvidə haqlarımızı qoruyacağıq. Ona 3-4 klubdan təklif gəldiyi deyilir. Amma bizimlə indiyə qədər heç kim əlaqə saxlamayıb. Keytaya 1 ay vaxt vermişik. Bu müddətdə özünə klub tapa bilər. Klub tapmayıb geri dönsə, durumu dəyərləndirəcəyik. Hazırda onunla bağlı konkret bir qərar verməmişik''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью