Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Bu gün tanınmış vyetnamlı zen buddist rahip, yazıçı Tik Nat Hanın anım günüdür.
Kulis.az onun məşhur aforizmlərini təqdim edir.
***
“Biz bütün əzabların bitməsini gözləmədən xoşbəxt ola bilərik".
***
“Xoşbəxtlik elə indi, bu anda mümkündür”.
***
“Bir şüurlu nəfəs bədənlə zehni yenidən birləşdirə bilər".
***
“Biz sahib olduqlarımızın fərqinə vardıqda sevinc özü yaranır”.
***
“İndiki anla təmas – azadlığın özüdür”.
***
Aydın şüurla atılan bir addım bütün yolu dəyişə bilər”.
***
“Həyat yalnız gələcəkdə deyil — məhz indi baş verir”.
***
“Sevmək - qarşıdakının varlığını tam diqqətlə yaşamaqdır”.
***
“Həqiqi sevgi anlayışdan doğur, anlayış olmayan yerdə sevgi də yoxdur”
***
“Diqqət sevginin ən saf formasıdır”.
***
“Sevdiyini anlayanda onu artıq incitmirsən”.
***
“Sevgi burada və indidə mümkün olduqda gerçək olur”.
***
“Sevgi başqasını dəyişmək deyil, onu olduğu kimi qəbul etməkdir”.
***
“Daxilində sülh olmayan insan sevə bilməz”.
***
“Sevgi qorxu ilə yanaşı yaşaya bilməz”
***
“Sevdiyin insanı azad buraxmaq sevginin ən yüksək formasıdır”.
Teatr Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi Varaqları oxunmaq üçün ağrıyan romanlar "Mən Stalinin siyasətinə görə özümü güllələdim” - Fadeyev niyə susa bilmədi?