Sevgi çatışmazlığı, travmalar, özünü qəbulanmama MÜSAHİBƏ | Icma.az
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Özünü qəbullanmama müasir cəmiyyətimizin problemlərindən biridir.
Hətta deyərdim ki, bu problerm digər psixoloji problemlərdən daha öndə dayanır. Bu problemləmlə çoxları qarşılaşır.
Bu elə bir vəziyyətdir ki, insan özünü olduğu kimi qəbul edə bilmir və olduğu kimi sevə bilmir, öz çatışmazlıqlarını, mənfi cəhətlərini qabardır.
Nəticədə insana qüsurlar xətalar yetirməyə başlayır. Yəni, həm psixoloji, həm də fiziki diskomfort halları yaşanmağa başlayır".Bu sözləri Ne
Psixoloq sözügedən mövzu ilə bağlı bir çox suallarımıza aydınlıq gətirib.
Müsahibəni təqdim edirik: - Elşən bəy, özünü qəbul etməmək nədir?- Özünü qəbul etməmək insanın şəxsiyyətini, xüsusiyyətlərini, görünüşünü və ya onun fikrincə ona maneə yaradan hər hansısa bir halını qəbul edə bilməməsidir.
Bu vəziyyətdə adətən insan özünə dəyər vermir, çox vaxt "məndə nəsə çatışmır" düşüncəsi ilə yaşayır.
Bu da ona həm emosional, həm də psixoloji narahatlıqlar gətirib gərginləşməsinə səbəb olur.- Bəs, insan özünü qəbullana bilməyəndə nə olur?- Öncə onu qeyd edək ki, özünü qəbullana bilməyən insan özündə müsbətləri görmür və yalnız mənfilərə köklənir.
Tam oxu
Xəbəri oxu