Sevgi tapmaq pul qazanmaqdan çətindir

06.10.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Bloger Hüseyn Həsənov sevgili tapa bilmədiyini etiraf edib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb. Hüseynə “Sənin üçün nə daha vacibdir: pul, yoxsa sevgi” sualı ünvanlanıb.

“Sevgi. Pul qazanmağı artıq bacarıram. Amma öz insanımı tapmaq daha çətin məsələ imiş” deyə, bloger bildirib.

Hüseynə “Sadə bir qızla ciddi münasibət qura bilərsən” sualına isə “Əlbəttə. Mənim üçün qızın neçə izləyicisinin olması, nə işlə məşğul olması və nə qədər tanınması ümumiyyətlə vacib deyil. Mənim üçün əsas onun xarakteri, öz fikrinin olması, onunla maraqlı vaxt keçirməyim və yanında daha yaxşı biri olmaq istəməyimdir. Beləliklə, bəli. Hətta çoxdan istəyirəm” reaksiyasını verib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью