Sevgi təkbaşına kifayət etmir

28.10.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyəli aktrisa Deniz Baysal boşandıqdan sonra sevgiyə olan münasibətini bölüşüb.

Axşam.az xəbər verir ki, aktrisa bu hisslərin zamanla dəyişdiyini bildirib:

"Sevgi dediyimiz anlayışın mənası mənim üçün çox dəyişib. Həyatın və inancın özü sevgidir. Bizim sevgi kimi gördüyümüz şey kimyəvi bir hissdir. Bu hiss itə bilər, amma sevgi qalıcıdır. Təkcə sevgi münasibəti davam etdirmək üçün kifayət deyil. Hörmət, bir-birinə şəxsi məkan tanımaq, qarşı tərəfin xoşbəxtliyini və uğurunu istəmək əsasdır".

Qeyd edək ki, Deniz Baysal 2019-cu ildə müğənni Barış Yurtçu ilə ailə qurub. Cütlük 2026-cı ilin sentyabrında boşanaraq yeddi illik evliliklərini sonlandırıb.

Hazırda aktrisa "Taşacak bu deniz" serialında "Esme Furtuna" obrazına həyat verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью