Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real Madrid" klubunun yarımmüdafiəçisi Eduardo Kamavinqanı sevgilisi bloklayıb.
"Yeni Sabah" xəbər verir ki, fransalı futbolçunun təxminən 1 aydır münasibətdə olduğu model ad günü münasibətilə ondan 25 min avro dəyərində lüks brend çanta istəyib.
24 yaşlı oyunçu bahalı alış-veriş etmək əvəzinə, "Real Madrid" klubunun sponsorlarının təqdim etdiyi hədiyyə qutusunu qarşı sevgilisinə göndərməklə kifayətlənib. Bağlamada futbolçunun özünün imzaladığı oyun forması və klubun atributikasına daxil olan papaq yer alıb. Online alış-veriş
Dəbdəbəli hədiyyənin əvəzinə klub suvenirləri ilə qarşılaşan model bu addımdan ciddi narazı qalıb və Eduardo Kamavinqanı bütün sosial şəbəkə hesablarında bloklayıb.