Sevgilisi Ronaldoya RollsRoyce Dawn hədiyyə etdi

26.12.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes Milad bayramı üçün futbolçuya "Rolls-Royce Dawn" hədiyyə edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rodriqes hədiyyənin fotosunu sosial şəbəkələrdə yayımlayıb.

Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasında hücumçudur. Ölkədə qadın və kişinin nikahdankənar bir dam altında yaşamasının qadağan olunmasına baxmayaraq, əfsanəvi futbolçuya güzəşt edilib və övladlarının anası ilə birlikdə yaşamağa icazə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью