Sevgilisinə zəng edən arvadına 2 il əzab verdi Bu qədər həbs aldı | Icma.az
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 42 yaşlı Mahir Məmmədovun (ad-soyadlar şərtidir) məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Bildirilib ki, dini təriqətlərin birinə mənsub olan Mahirlə həyat yoldaşı Gülsüm arasında bir müddət əvvəl münasibətlər pisləşib.
Buna səbəb Mahirin başqa qadınla qeyri-rəsmi münasibətdə olması olub.
Belə ki, həyat yoldaşına birgə Suriyaya getməyi təklif edən kişinin istəyi arvadı tərəfindən qəbul edilməyib.
Bundan sonra o, başqa qadınla münasibət qurub və həmin şəxslə birgə Suriya sərhədini keçməyi planlaşdırıb.
Ərinin telefonunda başqası ilə münasibətini əks etdirən yazışmaları tapan Gülsüm ona etirazını bildirib.
Tam oxu
Xəbəri oxu