Icma.az bildirir, Hurriyyet portalına istinadən. Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 42 yaşlı Mahir Məmmədovun (ad-soyadla
Hurriyyet.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.
Bildirilib ki, dini təriqətlərin birinə mənsub olan Mahirlə həyat yoldaşı Gülsüm arasında bir müddət əvvəl münasibətlər pisləşib.
Buna səbəb Mahirin başqa qadınla qeyri-rəsmi münasibətdə olması olub.
Belə ki, həyat yoldaşına birgə Suriyaya getməyi təklif edən kişinin istəyi arvadı tərəfindən qəbul edilməyib.
Bundan sonra o, başqa qadınla münasibət qurub və həmin şəxslə birgə Suriya sərhədini keçməyi planlaşdırıb.
Ərinin telefonunda başqası ilə münasibətini əks etdirən yazışmaları tapan Gülsüm ona etirazını bildirib.
Belə ki, o, ərinin sevgilisinə zəng edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib.