Sevgilisini çamadanda daşıyan basketbolçuya cəza İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. Çinin “Quançjou Lunq Layons” klubunun basketbolçusu Çjan Sinlyan cəzalandırılıb.
İdman.biz xəbər verir ki, buna onun qeyri-adi addımı səbəb olub.
Müdafiəçi “Sindao Dablstar”la oyundan öncə sevdiyi qızı çamadanın içində otelə aparıb. Bu, qızın sonradan video paylaşımı ilə üzə çıxıb.
Hadisədən xəbər tutan klub rəhbərliyi basketbolçunu qarşıdakı matçlar üçün heyətdən kənarlaşdırıb.
Qeyd edək ki, Quançjou təmsilçisi bu görüşdə 90:103 hesabı ilə uduzub.
İdman.biz Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu