Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu il martın 2-si itkin düşən və mayın 14-ü Lənkəranda meyiti tapılan Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində 2003-cü il təvəllüdlü Elvin İsmayılzadəyə hökm oxunub.
O, Cinayət Məcəlləsinin 120.2.9 və 326-cı (Köməksiz vəziyyətdə olan adamı öldürmə və rəsmi sənədləri məhvetmə) maddələri ilə təqsirli bilinib.
Elvinə 19 il 6 ay həbs cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könül 2023
Bildirilir ki, sözünə baxmadığı üçün anası qızından imtina edib və o, nənəsinin himayəsində yaşayıb.
Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub və aralarında münasibət yaranıb.
Hadisədən əvvəl isə Könül Ağayeva Cəlilabaddan bəzi əşyalarını götürərək yenidən Lənkəran şəhərinə gedib və bir müddət burada yaşayıb.