Sevgilisini ölümcül hala salan qıza ağır cəza verildi | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilənin 11 il 3 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Səbinə Vəliyeva 11 il 3 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki,hadisə hadisə 2024-cü il yanvarin 23-də Bakinın Suraxani rayonunun ərazisində baş verib.
Səbinə Vəliyeva ailəsindən xəbərsiz yaşadığı rayondan Bakıya gələrək tanış olduğu Fərid Hüseynzadə ilə görüşüb.
Onlar Suraxanı rayonunun ərazisində mənzil kirayəyə götürərək qeyri-rəsmi yaşayıblar.
Təqsirləndirilənin istintaqa ifadəsindən məlum olub ki, Səbinə Vəliyeva sevgilisini bıçaqlamasının səbəbini özünün təhqir olunması ilə əsaslandırıb.
Tam oxu
Xəbəri oxu