Sevgilisini qısqanıb yalan xəbər verənə 8 ay cəza verildi

18.04.2025

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-da bir gənc qız rəfiqəsinin ailəsi ilə tətildə olmasına əsəbiləşdi və gəmiyə saxta bomba hədəsi ilə zəng etdi.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, FTB tərəfindən izi müəyyən edilən gəncə 8 ay həbs cəzası verilib.

“Düşünürəm ki, kimsə sizin Sunrise kruiz gəminizə bomba yerləşdirib” sözləri ilə başlayan e-poçtdan sonra gəminin rəsmiləri həyəcan vəziyyətinə gətirilib.

2024-cü ilin yanvarında Mayamidən yola düşən Sunrise kruiz gəmisi Yamaykaya üzərkən limana qayıtmaq məcburiyyətində qalıb.

Prokurorların sözlərinə görə, gəmidəki mindən çox otaqda bomba şübhəsi ilə axtarış aparılıb.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью