Sevgilisini yatdığı yerdə bıçaqlamışdı HÖKM OXUNDU | Icma.az
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sevgilisinə yatdığı yerdə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 18 yaşlı Səbinə Vəliyevanın cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 11 il 3 ay müddətinə azadlıqdan məhrum olmasını təklif edib.
Vəkili təqsirləndirilən şəxsin yaşının az olmasını nəzərə alaraq, cəzanın ağır olduğunu bildirib.
Dövlət ittihamçısı deyib ki, təklif qanun normasında irəli sürülüb: "Təqsirləndirilən şəxs zərərçəkənə köməksiz vəziyyətdə xəsarət yetirib".
Səbinə Vəliyeva son sözündə əməlindən peşman olduğunu deyib.
Məhkəmənin hökmünə əsasən Səbinə Vəliyeva 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Tam oxu
Xəbəri oxu