Sevgilisinin azyaşlı övladını işgəncə ilə öldürməkdə təqsirləndirilən şəxs məhkəmə qarşısı…
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Yaşar Abbasovun bibisi şahid qismində ifadə verib.
O bildirib ki, qardaşı oğlu ona gecə saat ikidə zəng edərək tanışı olan qadının və övladının kirayədə qaldıqları evdən çıxarıldıqları barədə məlumat verib, buna görə də onlara gəlmək istədiklərini deyib: "Səhərə yaxın gəldilər, onlara yer düzəltdim.
Onlar qaldılar, mən getdim işə. Yaşara zəng edib dedim ki, yemək var soyuducuda, ver onlara. Uşağın ölümünü sonra eşitmişəm".
Şahidin bu ifadəsinə zərərçəkən İpək Əhmədovanın etirazı tərəflər arasında mübahisəyə səbəb olub.
Buna görə də zərərçəkən hakimin göstərişi ilə məhkəmə zalından çıxarılıb.
Növbəti şahid Abdulla Abbasov isə Yaşar Abbasovla əvvəllər birgə həbsxanada olduğunu deyib.
Tam oxu
Xəbəri oxu