“Sevil” operası nümayiş olundu FOTOLAR

07.03.2025

Icma.az, Manset saytına istinadən bildirir.

Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında yazdığı eyniadlı operanın tamaşası nümayiş etdirilib.
Manset.az xəbər verir ki, tamaşada Xalq artisti Azər Zeynalov(Balaş), Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev(Əbdüləli bəy), solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev(Atakişi), Fəhmin Əhmədli(Məmmədəli bəy), Esmira Məmmədova(Tafta), Məhəbbət Səfərov(Azançı) çıxış ediblər. 
Tamaşanın dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət xadimi Sevil  Hacıyevadır.                            

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью