Sevilya 2025ci ildə ilk transferini rəsmiləşdirib

10.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın "Sevilya" klubu 2025-ci ildə ilk transferini gerçəkləşdirib.

"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniyanın “Auqsburq” klubundan Ruben Varqas heyətə cəlb olunub.

26 yaşlı vingerlə 2029-cu ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ruben Varqas 2019-cu ildən Bundesliqa təmsilçisinin formasını geyinib. "Sevilya" daha əvvəl "Qarabağ"ın futbolçusu Olavio Juninyonu heyətinə qatmaq istəsə də, keçid baş tutmayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью