Sevilya ilə anlaşan Juninyo İspaniyaya yollanır

06.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Olavio Juninyonun son durumu bəlli olub.

Apasport.az saytının əldə etdiyi məlumata görə, "Qarabağ" "Sevilya" ilə transfer məsələsində anlaşıb.

Futbolçunun bu gün İspaniyaya yollanması gözlənilir. O, tibbi müayinədən keçəcək və yeni klubu ilə müqavilə imzalayacaq.

Tərəflər arasında 2+1 illik sözləşmə bağlanacaq.

Son detalların həll olunmasından sonra braziliyalı yeni komandasına qoşulacaq.

"Sevilya" bu keçid üçün "Qarabağ"a 4 milyon avro transfer haqqı ödəcəyək. Həmçinin İspaniya təmsilçisi ağdamlılara daha 1 milyon avro bonus verəcək.

"Qarabağ" Juninyonun növbəti transferindən 20 faiz gəlir də əldə edəcək. La Liqa klubu Çempionlar Liqasına vəsiqə qazanarsa, "köhlən atlar"a 250 min avro ödəniş olunacaq.

Qeyd edək ki, Olavio Premyer Liqa təmsilçisinə ötən ilin yayında qoşulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью