Sevilya İstanbul klubunun təklifini qəbul etdi

11.07.2026

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Sevilya"nın yarımmüdafiəçisi Cibril Sou karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" isveçrəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Ficherio" nəşri məlumat yayıb.

İstanbul nəhəngi Sou üçün 7+2 milyon avroluq təklif göndərib. İspaniya klubunun bu təklifi qəbul etdiyi bildirilir.

Qeyd edək ki, "Sevilya" Cibril Sounu 2023-cü ilin yayında "Ayntraxt"dan 10 milyon avroya transfer edib. İsveçrə millisinin üzvü 2025/26 mövsümündə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью