“Sevilya” Juninyo məsələsində xoşbəxt sonluğa yaxındı İdmanXəbər

03.01.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın “Sevilya” klubunun “Qarabağ”ın futbolçusu Juninyo üçün dirənişləri davam edir.

İdmanxeber.az-ın məlumatına görə, La Liqa təmsilçisinin braziliyalı forvardı transfer etmə məsələsi müsbət yekunlaşmaq üzrədi.

İspaniyanın məşhur “Marca” nəşri yazır ki, transfer bonuslar da nəzərə alınmaqla 4 milyon avroya reallaşa bilər. Artıq futbolçu ilə bütün məsələlərdə razılıq əldə olunub. Qalır “Qarabağ”ı razı salmaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью