“Sevilya” Juninyo üçün təklif göndərib

17.12.2024

Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İspaniyanın "Sevilya” klubu "Qarabağ”ın futbolçusu Olavio Juninyonu transfer etmək istəyir.Bu barədə "Zona MİXTA” "X” səhifəsi məlumat yayıb.

Bildirilib ki, La Liqa təmsilçisi Keleçi İxeanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Onun əvəzləyicisi kimi məhz Juninyo seçilib.

QOL.az saytına açıqlamasında Ağdam klubunun direktoru Emrah Çelikel məlumatı təsdiqləyib. O, "Sevilya”dan Juninyoyaya görə rəsmi təklif aldıqlarını söyləyib:

"Juninyonun klubumuz üçün çox önəmli futbolçu olduğu hər kəsə məlumdur.  Hazırda edilən təkliflə ümumiyyətlə, razılaşmırıq. Çünki həm qış transfer dönəmində istənilən futbolçunu transfer etmək olmur, həm də Juninyo bizim üçün vacib oyunçudur. Amma sevindirici haldır ki, "Sevilya” kimi məşhur klub "Qarabağ”ın  futbolçusuna maraq göstərir və bunu edərkən bizə qarşı böyük ehtiram sərgiləyir. Amma reallığa baxanda, bugünkü gündə transferə razılıq verməmişik”.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью