Sevilya Juninyonun keçidini tamamladı

04.01.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"ın ulduz futbolçusu Olavio Juninyonun İspaniyanın "Sevilya" klubuna keçidi yekunlaşıb.

Oxu.Az xəbər verir ki, danışıqların sonunda "Qarabağ" Juninyonun "Sevilya" komandasına keçidinə razılıq verib.

"Köhlən atlar" futbolçunun transferindən dörd milyon avro əldə edəcəklər.

Qeyd edək ki, braziliyalı futbolçunun müqaviləsinin müddəti yaxın vaxtlarda açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью