“Sevilya” La Liqada “Osasuna”nı iki cavabsız qolla məğlub etdi VİDEO

27.10.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

İspaniya La Liqasının onuncu turunda “Sevilya” doğma meydanda “Osasuna”nı 2:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində 24-cü dəqiqədə İsaak Romero, 82-ci dəqiqədə isə Feliks Korreyya fərqlənib. Hər iki qolun ötürməsini Yussuf Fofana verib.

Bu qələbədən sonra “Sevilya” 17 xalla turnir cədvəlində altıncı pillədə qərarlaşıb. “Osasuna” isə 11 xalla 12-ci yerdədir.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью