Sevilya nın futbolçusu 6 oyunluq cəzalandırıldı

27.12.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Sevilya”nın braziliyalı müdafiəçisi Markaoya ağır cəza verib.

Apasport.az xəbər verir ki, buna La Liqanın 17-ci turunda “Real”la matçdan sonra baş verənlər səbəb olub.

Futbolçu görüşün baş hakimi Alexandro Munyis Ruisə qarşı təhqiramiz ifadələr işlətdiyi, qeyri-idman davranışı sərgilədiyi və ikinci sarı vərəqənin ardından meydandan qovulduğu üçün 6 oyunluq diskvalifikasiya olunub.

Beləliklə, Markaonun fevralın ortasına qədər rəsmi matçlarda meydana çıxa bilməyəcəyi müəyyənləşib. “Sevilya”nın qərardan şikayət etmək hüququ olsa da, cəzanın azalma ehtimalının cüzi olduğu vurğulanıb.

“Real” – “Sevilya” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Roma"da çıxış edən türkiyəli futbolçu "Yuventus"a keçə bilər Messi "Barselona"ya qayıda bilər Kenan Yıldız “Yuventus”da qalacaq? - danışıqlar davam edir PSJ-nin hücumçusu "Liverpul"un hədəfində Uruqvaylı yarımmüdafiəçi La Liqa klubunda
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью