Sevilya nın hücumçusu La Liqanın tarixinə düşdü

02.03.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

İspaniya La Liqasının XXVI turunda keçirilən Sevilya derbisində tarixi rekord qeydə alınıb.

Teleqraf xəbər verir ki, "Real Betis" və "Sevilya" arasında baş tutan gərgin qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

"Opta"nın məlumatına görə, qonaqların heyətində fərqlənən Aleksis Sançes komandasının bir xal qazanmasında mühüm rol oynamaqla yanaşı, XXI əsrin tarixinə düşüb. 37 yaş 72 günlüyündə qol vuran çilili hücumçu Sevilya derbiləri tarixində qol vuran ən yaşlı futbolçu olub. O, bu göstəricidə 2018-ci ildə 37 yaş 43 günlüyündə fərqlənmiş Xoakin Sançesin rekordunu qırıb.

Qeyd edək ki, Aleksis Sançes cari mövsümdə "Sevilya"nın heyətində meydana çıxdığı 19 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью