Sevilya Olavio Juninyonun keçidindən imtina edib İDDİA | Icma.az
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "Qarabağ"ın futbolçusu Olavio Juninyonun "Sevilya"ya keçidi alınmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Chiringuito TV"nin əməkdaşı Qonsalo Tortosa məlumat yayıb.
Onun sözlərində görə, Braziliyanın "Flamenqo" klubunun təklifi həm "Qarabağ", həm də 28 yaşlı futbolçunu razı salıb.
Juninyo öz ölkəsində çıxış edəcəyi təqdirdə "Sevilya"dakından daha yüksək maaş alacaq.
Artıq Əndəlüs təmsilçisinin də təcrübəli forvardın transferindən vaz keçdiyi bildirilib.
Qeyd edək ki, "Sevilya" klubu "Qarabağ"a 4 milyonluq transfer təklifi paketi ilə müraciət etsə də, Ağdam klubu buna müsbət cavab verməyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu