“Sevilya” penaltini qaçırdı, “Alaves”lə oyunda xal itirdi

07.11.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

İspaniya La Liqasının 12-ci turunda “Sevilya” öz meydanında “Alaves”lə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, “Ramon Sançes Pisxuan” stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Meydan sahibləri ilk hissədə hesabı açmaq üçün əla fürsət əldə etsələr də, bundan yararlana bilməyiblər. 32-ci dəqiqədə “Sevilya”nın yarımmüdafiəçisi Ruben Varqas penalti zərbəsini dəqiq yerinə yetirməyib.

Qalan dəqiqələrdə də tərəflər fərqlənə bilməyiblər və qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra “Sevilya” 18 xalla turnir cədvəlində altıncı, “Alaves” isə 13 xalla doqquzuncu pillədə qərarlaşıb.

Növbəti turda, noyabrın 21-də “Sevilya” “Betis”lə qarşılaşacaq, “Alaves” isə öz meydanında “Deportivo”nu qəbul edəcək.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью