Sevilya Qarabağın hücumçusunun transferini yekunlaşdırmağa yaxındır

19.12.2024

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İspaniyanın "Sevilya" klubu "Qarabağ"ın futbolçusu Olavio Juninyonun transferini yekunlaşdırmaq üzrədir.

"Report" xəbər verir ki, bu barədə "Ficherio" nəşri məlumat yayıb.

Əndəlüs təmsilçisinin Azərbaycan çempionuna sonuncu təklifinin 3+1 milyon avro olduğu yazılıb.

İddiaya görə, 28 yaşlı hücumçu da "köhlən atlar"a onu buraxması üçün müraciət edib.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl Juninyo üçün "Sevilya"nın ilkin təklifini geri çevirib. Həmin vaxt La Liqa klubu braziliyalı forvard üçün 2 milyon avro civarında məbləğ ödəməyə hazır olduğunu bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью