Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın "Sevilya" klubu İsveçin "Sirius" komandasından şotlandiyalı hücumçu Robbi Yuru transfer edib.
"Cebheinfo.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı forvardla 2031-ci ilə qədər müqavilə imzalanıb.
O, 2026 mövsümündə İsveç çempionatında keçirdiyi 15 matçda 15 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, 2025-ci ildən "Sirius"da oynayan futbolçu daha əvvəl Şotlandiyanın "Reyncers" və Belçikanın "Anderlext" komandalarının da formasını geyinib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin