“Sevilya”nın baş məşqçisi “Qarabağ”ın futbolçusundan danışdı

20.12.2024

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Sevilya” klubunun baş məşqçisi Garsiya Pimyenta “Qarabağ”ın hücumçusu Olavio Juinyonun İspaniya təmsilçisinə mümkün keçidindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, çalışdırıcı bu məsələyə növbəti ilin yanvar ayından sonra aydınlıq gələcəyini bildirib: 

“O, “Qarabağ”da çox qol vurur. Lakin komandası ilə müqaviləsi var. Hazırda vacib oyunlarımız var. Tətildən qayıtdıqdan sonra bu barədə danışacağıq. Transferlərin qiymətləndirmək üçün bir ay vaxtımız olacaq. Hücum xəttini gücləndirməyə ehtiyacımız var”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью