“Sevilya”nın futbolçusu mərc etdiyi üçün saxlanılıb AZƏRTAC

14.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 yanvar, AZƏRTAC

İspaniyanın “Sevilya" komandasının futbolçusu Kike Salas saxlanılıb.

AZƏRTAC xəbər verir ki, müdafiəçi oyun zamanı qəsdən sarı vərəqə almaqda şübhəli bilinir.

Futbolçu oyun zamanı qəsdən sarı vərəqə alıb ki, bir neçə şəxs mərci qazana bilsin.

Polisin apardığı araşdırmaya əsasən, dələduzluq La Liqanın ötən mövsümünün son matçlarında baş verib.

İstintaq təsdiqini tapsa, Kike Salas altı aydan üç ilədək həbs cəzası alacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью