Sevilyanın Juninyoya görə Qarabağa təklif etdiyi məbləğ bilindi

18.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Sevilya"nın Olavio Juninyo üçün "Qarabağ"a ödəmək istədiyi məbləğ məlum olub. Sport24.az "report"a istinadən xəbər verir ki, İspaniya təmsilçisi 28 yaşlı hücumçunun transferi üçün "köhlən atlar"a 2 milyon avroya yaxın təklif göndərib.

Bundan başqa, "Sevilya" braziliyalı forvardın hazırkı durumda bir addım atmasını da gözləyir. Onlar danışıqlarda oyunçunun istəyindən də yararlanmaq niyyətindədirlər.

Belə olacağı təqdirdə, "Sevilya" Juninyo üçün növbəti təklifində məbləği yüksəltməyə çalışacaq.

Qeyd edək ki, Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 qola imza atıb. Futbolçu cari mövsümdə 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Ağdam klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью