Sevimli dad ın kolbasası zay çıxıb Foto

18.04.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Kolbasa və sosislərlə bağlı xoşagəlməz hallara tez-tez rast gəlinir. Bu dəfə də vətəndaş iddia edir ki, mağazadan aldığı kolbasa zay çıxıb.
Reyting.az
Milli.az-a istinadla xəbər verir ki, vətəndaşın sözlərinə görə, "Sevimli dad" markasına məxsus kolbasanı iri marketdən alıb. Kolbasanı kəsəndən sonra içindən rəngli maddə çıxıb.
Məsələ ilə bağlı şirkətdən bildirildi ki, məhsulun üzərində rəng olan hissənin yalnız fotosu var, digər hissədə isə yoxdur.
"Şəkil əsasında rəy vermək düzgün deyil. Əgər şəkilə görə rəy verilirsə, burda ədviyyat toplanıb çox güman. Bunun da qida üçün heç bir zərəri yoxdur".
Mövzu ilə bağlı AQTA-dan bildirildi ki, bu kimi hallarda dərhal agentliyin 1003 qaynar xəttinə müraciət eləsinlər. Fakt araşdırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью