Sevinc Mall ticarət mərkəzinin açılışı baş tutub | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Metronun "Qara Qarayev" stansiyasından beşdəqiqəlik piyada məsafədə, Tofiq Abbasov, 5 ünvanında yerləşən "Sevinc Mall" fəaliyyətə başlayıb.
Burada müxtəlif geyim mağazaları, kafe və restoranlar, uşaq əyləncə mərkəzi, batut meydançası, kinoteatr müştərilərin xidmətinə verilib.
"Calista", "Olivia Beauty&Care", "Joma", "Miniso", "Second Cup"," "McDonald"s", "CTR Chicken", "Two Bros.
Pizza", "Happy Land" uşaq əyləncə mərkəzi və batut meydançası, "Park Cinema" kimi brendlərin yer aldığı mall-da müxtəlif yaş qruplarının maraqları nəzərə alınıb.
İlk dəfədir ki, şəhərin mərkəzindən kənarda, müasir ticarət mərkəzi konsepsiyasında, tələb olunan brend miks, buraya üz tutan müştərilər və çalışanların rahatlığı nəzərə alınmaqla inkişaf etdirilən "Sevinc Mall"un açılışı bu hissədə infrastrukturun inkişafına da yol açır.
Artıq metronun "Həzi Aslanov" stansiyasından başlamış "Qara Qarayev" stansiyasına qədər olan ərazilərin sakinlərinə şəhərin mərkəzinə üz tutmadan, yola əlavə vaxt sərf etmədən, tıxaclara düşmədən, öz asudə vaxtlarını keçirmək, ehtiyac və maraqlarını qarşılamaq üçün fürsətlər yaranır.
"Sevinc Mall" vaxtilə Bakı sakinlərinin çox yaxşı bələd olduğu "Sevinc" kinoteatrının yerləşdiyi ərazidə inşa edilib.
Tam oxu
Xəbəri oxu