Sevinc, ümid, yenilənmə... | Icma.az
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir. 8 ildən sonra maraqlı təsadüf!
Pravoslavlar və katoliklər Pasxanı birgə qeyd edəcək Xristian dünyası bu il Pasxa bayramını aprelin 20-də qeyd edirlər.
Bu bayram bütün xristianlar üçün müqəddəs bir həftədir. Səkkiz ildən sonra pravoslav və katoliklər Pasxanı eyni gündə-birgə qeyd edirlər.
Onlar sonuncu dəfə 2017-ci ildə Pasxanı birlikdə qeyd etmişdilər.
Bu nadir hadisə, katoliklərin istifadə etdiyi Qreqorian və pravoslavların istifadə etdiyi Yulian təqvimləri arasındakı fərqliliklər səbəbindən baş verir.
Lakin 2025-ci ildə 2 milyarddan çox inanclı insan bu müqəddəs bayramı birgə qeyd edərək, xristianlıq tarixində mühüm bir anı paylaşacaq.
Pasxa, İsa Məsihin çarmıxa çəkildikdən sonra üçüncü gün dirildiyini simvolizə edir və ölüm üzərində həyatın, pislik üzərində yaxşılığın, qaranlıq üzərində işığın qalib gəlməsini təmsil edir.
Pasxanın dəqiq tarixi, bahar ekinoksundan (21 mart) sonra gələn ilk tam ay işığından sonra gələn bazar günü müəyyən olunur.
Tam oxu
Xəbəri oxu