Sevincin cəzası ağır oldu: fanata 2,5 illik qadağa VİDEO

28.01.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərənin “Portsmut” klubunun azarkeşi “Sauthempton”la matçdan sonra meydana qaçaraq bərabərliyi qeyd etdiyinə görə cəzalandırılıb. Hadisə “Fretton Park” stadionunda baş verib.

İdman.Biz xəbər verir ki, məhkəmə qərarına əsasən, fanat iki il yarım müddətinə istənilən futbol matçına getmək hüququndan məhrum edilib. Qərar meydançaya icazəsiz daxil olma və təhlükəsizlik qaydalarının pozulması ilə əsaslandırılıb.

Qeyd edək ki, qarşılaşmanın heç-heçə başa çatması “Portsmut” azarkeşləri üçün emosional anlar yaradıb. Lakin həmin fanatın davranışı hüquq-mühafizə orqanları tərəfindən ciddi qayda pozuntusu kimi qiymətləndirilib.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью