Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Dünən parlament Azərbaycanda minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib.
Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.
Maraqlıdır, minimum əməkhaqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sözügedən məsələyə hər il baxılacaq.
O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əməkhaqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:
Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq
"Bu, minimum əməkhaqqında artımların dövrülüyünü təmin etmək baxımından vacibdir. Əksər inkişaf etmiş ölkələrdə minimum əməkhaqqı ilə bağlı artımlarda dövrülük mövcuddur. Bu praktika Azərbaycan qanunvericiliyinə də tətbiq ediləcək. Qanuna dəyişiklik layihəsi təsdiqləndikdən sonra artımlarla bağlı müvafiq sərəncam və qərarlar veriləcək. Bu, minimum əməkhaqqı ilə ortaaylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq. Minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan yaradacaq. Həmçinin Vahid Tarif Cədvəli ilə maaş alan vətəndaşların əməkhaqqına da təsir göstərəcək. Yeni dəyişikliklər 700 mindən çox şəxsin əməkhaqqında artıma səbəb olacaq".