Sevinə sevinə geri qayıtdılar FOTOLAR

22.09.2026

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Ölkə.az xəbər verir ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xankəndi şəhərinə 3 ailə (13 nəfər), Xankəndinin Kərkicahan qəsəbəsinə 5 ailə (22 nəfər), Xocalının Təzəbinə kəndinə 7 ailə (31 nəfər), Xanyurdu kəndinə 5 ailə (22 nəfər), Xanabad kəndinə 2 ailə (10 nəfər), Ballıca kəndinə 1 ailə (4 nəfər), Ağdərənin Vəngli kəndinə 4 ailə (14 nəfər), Çapar kəndinə 4 ailə (11 nəfər), Aşağı Oratağ kəndinə 4 ailə (9 nəfər), Cəbrayılın Şükürbəyli kəndinə isə 24 ailə (148 nəfər) köçürülüb.

Ailələrə evlərinin açarları təqdim olunub.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью