“Sevmək belə şeydir...”

27.11.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Zamiq Hüseynov yeni musiqi layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi bu dəfə fərqli tərzə müraciət edib. “Sevmək belə şeydir” adlı mahnının sözləri və musiqisi Fərid Kərimliyə məxsusdur. Mahnının miks və masterinq işlərini Oleq Naumov həyata keçirib.

Klipin rejissoru və prodüseri Sadıq Quliyev, operatoru Eren Yıldızdır. Layihədə Zamiqin tərəf müqabili “Xumaritta” ləqəbli influenser olub.

Sənətçinin makiyajı Elnur Həsənova həvalə olunub. Layihəyə təşkilati dəstəyi isə Samirə Xasməmmədova göstərib.

“Sevmək belə şeydir” sənətçinin rəsmi “YouTube” kanalında və rəqəmsal musiqi platformalarında təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью