Sexdə yanğın VİDEO

26.01.2026

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bokslara və ərazidə yerləşən mebel sexinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 5kv.m. olan gözətçi köşkünün və sexin ərazisində təmirə dayanmış “VAZ-2107” markalı minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Avtomobil təmiri sexi, bitişik yerləşən mebel sexi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью