Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizdə narkotik maddələrin alınması və satışı qanunla qadağandır. Lakin şəxsi istehlak üçün kiçik miqdarda narkotik saxlamaqla bağlı hüquqi nüanslar var.
Hüquqşünas Rəşad Səfərov Gununsesi.info-ya açıqlamasında bildirib ki, şəxsi istifadə üçün az miqdarda narkotik saxlamaq bəzi hallarda inzibati xəta kimi qiymətləndirilə bilər:
“Lakin maddənin növü və miqdarı artırsa, artıq cinayət məsuliyyəti yaranır. Cinayət Məcəlləsində qadağan olunmuş maddələrin miqdar cədvəli mövcuddur və bu normadan artıq saxlanılan hallarda cinayət işi açıla bilər. Həmçinin satış niyyəti aşkarlanarsa, vəziyyət daha da ağırlaşır”.
Afət