Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Premium Bank müştəri loyallığını gücləndirmək məqsədilə AllMiles loyallıq proqramının rəsmi siması kimi "Boomi" obrazını ictimaiyyətə təqdim edib. Yeni brend siması AllMiles tətbiqinin innovativ, enerjili və müasir yanaşmasını əks etdirərək istifadəçilərlə daha yaxın və interaktiv ünsiyyət qurmağı hədəfləyir.
"Boomi" obrazı AllMiles tətbiqinin imkanlarını daha anlaşılan və dinamik formada təqdim etməklə, müştərilərin milləri rahat şəkildə toplamasına və onları aviabiletlərə asanlıqla dəyişməsinə dəstək olacaq. Bu yanaşma Premium Bankın rəqəmsal həllər vasitəsilə müştəri təcrübəsini daha da zənginləşdirmək strategiyasının tərkib hissəsidir.
AllMiles loyallıq proqramı istifadəçilərə gündəlik nağdsız əməliyyatlar zamanı mil toplamaq, toplanmış milləri aviabiletlərə, müxtəlif məhsul və xidmətlərə, eləcə də eksklüziv imtiyazlara çevirmək imkanı yaradır. Yaxın zamanda müştərilər millərini birbaşa tətbiq üzərindən qatar biletlərinə və partnyor şirkətlər üzrə kuponlara dəyişmək imkanına da sahib olacaqlar.
"AllMiles" loyallıq proqramının əsas üstünlükləri aşağıdakılardır:
● Visa Infinite AllMiles, Visa Signature AllMiles, Visa Platinum AllMiles və Visa AllMiles kartları arasından seçim imkanı;
● Məşhur aviaşirkətlər üzrə mil aviabiletlərini (AZAL, Turkish Airlines, Wizz Air, Lufthansa, Qatar Airways, Flydubai, Pegasus, AJet, Aeroflot, UTair, S7 və s.) AllMiles mobil tətbiqi vasitəsilə onlayn əldə etmək imkanı;
● Aviabiletin istənilən şəxsin adına, o cümlədən azyaşlı uşaqlar üçün rəsmiləşdirilməsi;
● Millərlə yalnız aviabilet deyil, müxtəlif kateqoriyalara aid məhsul və xidmətlərin əldə edilməsi;
● Ailə üzvləri arasında millərin paylaşılması imkanı (ailə mil hesabı);
● Tətbiq daxilində partnyorların xüsusi təklifləri ilə tanış olaraq ekstra millər qazanmaq, eləcə də digər üstünlüklər və imtiyazlardan yararlanmaq imkanı.
Premium Bank Visa AllMiles kartlarını bankın rəsmi saytı vasitəsilə onlayn şəkildə və ya bankın filiallarına müraciət edərək sifariş etmək mümkündür.
Rəsmi videoçarx: https://youtu.be/tzQ5x17_L3w
Ətraflı məlumat üçün:
Telefon: +994 12 404 80 00 / 931
WhatsApp: +994 55 440 80 00
Premium Bank AllMiles – Minlərlə fürsət, millərlə səyahət!