Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Bu gün Xalq artisti Səyavuş Aslanın doğum günüdür.
Onun anadan olmasından 90 il ötür. Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci ilin bu günü yəni, sentyabrın 5-də Bakıda doğulub.
1947-1953-cü illərdə aktyor Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib.
Yaradıcılığa 1954-cü ildə başlayan sənətkar musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.
1959-cu ildə Bakıya qayıdan Səyavuş Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə qəbul olunur.
Elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında "Qoşun" rolunu uğurla ifa etdiyinə görə aktyor heyətinə keçirilir.
Daha sonra teatrda maraqlı və yaddaqalan obrazlar canlandırır.
Bu tamaşalara "Bayram" ("Kəndimizin mahnısı", Kərim Kərimov), "İbişov" ("Özümüz bilərik", Şıxəli Qurbanov), "Dadaşbala" ("Hicran", Sabit Rəhman), "Qəmzəli" ("Qaçırılmış qız", Cahangir Məmmədov) və başqalarını aid etmək olar.