Şeydayev əsas komandaya qayıda bilər YEGANƏ ŞANS

30.08.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Neftçi” Ramil Şeydayevlə yollarını ayırmaqda israrlıdır. 

Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov 29 yaşlı hücumçunu sərəncamında görmək istəmir. 

Amma Şeydayev özü klubun ona təklif etdiyi xitam müqaviləsi ilə razılaşmır. 

Əslində, Ramilin əsas komandaya qayıtmaq üçün bir şansı var. O da maaşının 30-40 faizinin azaldılmasına razılıq verməsidir. 

Şeydayev bununla razılaşarsa, əsas komandaya qaytarılmaq şansı yüksələcək. Əks halda isə onun A komandaya qayıtmaq istəyi baş tutmayacaq. 

“Neftçi”nin əsas komandadan uzaqlaşdırdığı futbolçu isə hazırda əvəzedici heyətdə deyil, fərdi olaraq məşqlər yerinə yetirir. 

Qeyd edək ki, Ramilin “Neftçi” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Bakı klubuna gələnə qədər “Zenit”, “Rubin”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah”, “Buriram Yunayted”, “Kocaelispor” klublarında oynayıb.

Azərbaycanlı futbolçu “Barselona”da çıxış edəcək Saşa İliç: “İşlər istədiyimiz kimi getmədi" Ayxan Abbasov: “Qoldan sonra sistemi dəyişdik” “Kəpəz” keçmiş futbolçusunu geri qaytarıb - RƏSMİ AFFA azyaşlıları futbol inventarları ilə təmin edib - FOTO
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью