Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Rusiya Milli Futbol Liqasının 6-cı turu çərçivəsində baş tutmalı olan “Soçi” – “Ulyanovsk” oyunu təxirə salınıb.
Futbolpress.az xəbər verir ki, bu barədə millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Soçi” klubunun mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın vaxtında başlamamasına pilotsuz uçuş aparatları (PUA) ilə bağlı elan olunan təhlükə xəbərdarlığı səbəb göstərilib.
Rəsmi açıqlamada biletli azarkeşlərin stadiona daxil olmasına əvvəlcədən planlaşdırılmış saatda şərait yaradılacağı qeyd olunub. Fanatlardan arena ərazisinə keçdikdən sonra tribunaların altındakı təhlükəsiz zonalara toplaşmaq, stadion əməkdaşları və təhlükəsizlik qüvvələrinin təlimatlarına uyğun davranmaq, eləcə də təmkinli olmaq xahiş edilib.
Oyunun hansı saatda start götürəcəyi ilə bağlı əlavə məlumatın veriləcəyi vurğulanıb.