Seydina Keyta: “Biz buraya uduzmaq üçün gəlməmişik” MÜSAHİBƏ | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Hamımız bilirik ki, hazırda vəziyyət çətindir.
Amma biz hamımız bunun bir parçasıyıq”. Bunu “Qəbələ”nin yeni transferi seneqallı Seydina Keyta futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik. – Azərbaycana gəlişiniz necə baş tutdu? – Açığı, bu bir qədər gözlənilməz oldu.
Daha əvvəl bir yerdə oynadığım dostlarımdan biri mənə zəng etdi və “Qəbələ” haqqında danışdı. Klubun yaxşı layihəsi olduğunu dedi.
Bundan sonra klub rəhbərliyi ilə əlaqə saxladıq, müqavilə şərtlərini müzakirə etdik və sonda “Qəbələ” ilə müqavilə imzaladım.
– Buraya gəlməzdən əvvəl “Qəbələ” və ya Azərbaycan futbolu haqqında məlumatınız var idi? – Bəli, bir az məlumatım var idi.
Əsasən “Qarabağ”ın Çempionlar Liqasında çıxış etməsinə görə Azərbaycan çempionatını izləyirdim.
Bundan əlavə, “Qəbələ” haqqında da burada çox məşhur olmuş dostum – Luiz Paulo Hilariodan (Dodo) eşitmişdim.
Tam oxu
Xəbəri oxu