Seyfəddin Hüseynlinin ədəbimədəni körpüsü Sevinc Mürvətqızı | Icma.az
Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq. Kulis.az Seyfəddin Hüseynlinin yenicə işıq üzü görmüş "Tərcümə təcrübələri" kitabı haqqında
Tanınmış ədəbiyyatşünas, tərcüməçi, və redaktor Seyfəddin Hüseynlinin yenicə işıq üzü görmüş “Tərcümə təcrübələri” kitabını müəllif imzası i
Əslində, kitaba görə AYB-nin “Bayatı” kitab mağazasına, yaxud Tariyel Əliyevin “Papillon” Kitab Evinə də müraciət edə bilərdim.
Amma jurnalistikadakı 18 illik iş təcrübəmin tən yarısı bu doğma redaksiyanın payına düşür deyə məhz “525”in redaksiyasına üz tutdum.
Həmin illər ərzində qəzetin ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə redaktoru Seyfəddin Hüseynlinin mətnə də, müəllifə də tələbkar və güzəştsiz yanaşması, amma eyni zamanda gənc yazarlara, jurnalistlərə öyrədici yöndə həssas, qayğıkeş münasibəti, aramızda elə bir əsaslı yaş fərqi olmasa da, onu həmişə özümə Ustad bilərək minnətdarlıq və şükranlıq hissi ilə bir çox yazarlar kimi ondan mənəvi bəhrələnməyimə əsas olub.
Hərçənd ki, özü belə məsələlərdə xeyli təvazökardır, dəfələrlə bu cür məqamları dilə gətirənlərin söhbətinin yönünü məharətlə ayrı axara saldığının da şahidi olmuşam.
Amma zənnimcə, kiminsə üstün insani məziyyətlərini vəfa hissi ilə xatırlayıb vaxtaşırı təqdir etmək, dilə gətirmək də insanlığın şanındandır, belə olmalıdır.
“Tərcümə təcrübələri” kitabının titul vərəqini müəllifin şəxsim barədə “Sözə bağlılığın gözəl və dəyişilməz obrazı kimi tanıyıb əziz tutduğu istedadlı həmkarı” kimi xarakterizə ilə imzalaması sözügedən kitab haqqında yazmaq istəyimin məsuliyyət yükünü bir pay da artırdı.
Tam oxu
Xəbəri oxu